Otellərdə nikah şəhadətnaməsi problemi davam edir: - Qanun nə deyir?

23-10-2023, 16:04           
Otellərdə nikah şəhadətnaməsi problemi davam edir: - Qanun nə deyir?
Azərbaycanda sevgilisi ilə istirahətə gedən cütlüyə oteldə gecələmək üçün yer verilməyib.

TEREF.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, yaxın günlərdə bir nəfər sevgilisi ilə rayonların birinə istirahətə gedib. Gecələmək üçün otelə müraciət edən cütlüyə yer verilməyib. Otel sahibi cütlükdən nikah haqqında şəhadətnamə tələb edib.

Oteldən bildiriblər ki, əgər bu şəhadətnamə olmasa, rezervasiya imkanı olmayacaq. Cütlük otel sahibindən şikayət edəcəyini bildirib.

Bəs, bunun qanuni əsası varmı? Vəkil Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu sırf istehlakçı ilə xidmət sahəsi arasında olan münasibətdir:

"Yəni, otel insan alverindən qorunmaq üçün belə bir sənəd tələb edir. Qanunda nikah şəhadətnaməsi tələb etmək norması yoxdur”.

Səməd Vəkilov cütlüyün mülki qaydada məhəkəməyə müraciət edə biləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru