ABŞ-nın dünyada 800 yaxın hərbi bazası var...

24-10-2023, 00:09           
ABŞ-nın dünyada 800 yaxın hərbi bazası var...
Bunları bilmək maraqlıdır?
Hazırda ABŞ-ın dünyada 800-ə yaxın hərbi bazası var. Onlardan bəziləri kiçik radar bazaları və bəziləri isə şəhər böyüklüyündə hərbi hissələrdir. Bu bazaların saxlanmasına ildə 200 milyard dollardan çox vəsait xərclənir. Bu bazalardakı hərbçilərin sayı 180 min civarındadır ki, bunun da 60-70 mini Yaxın Şərqdədir. Təkcə Almaniyanın Ramşteyn hərbi bazasında 53 min ABŞ hərbçisi fəaliyyət göstərir. İkinci Dünya Müharibəsindən sonra ABŞ tərəfindən 1949-cu ildə yaradılan bu baza onun xaricdəki ən böyük hərbi bazasıdır.
Ramşteyndən başqa ABŞ-ın Almaniyada daha 87 bazası var. Almaniya həm də ABŞ-ın hüdudlarından kənarda ən çox ABŞ bazası olan ölkə olmaq xüsusiyyətinə malikdir. Almaniyanı 86 baza ilə Yaponiya, 64 baza ilə Cənubi Koreya, 29 baza ilə İtaliya və 16 baza ilə İngiltərə izləyir.
Yaxın Şərqdəki ABŞ hərbi bazaları
Qətər:
Al Udeid Air Base
Səudiyyə Ərəbistanı:
Eskan Village Air Base
King Abdul Aziz Air Base
King Fahd Air Base
King Khalid Air Base
Riyadh Air Base
Kuveyt
Ali Al Salem Airbase
Camp Arifjan
Camp Buehring
Camp Doha
Camp New York
Camp Patriot
Camp Spearhead
Camp Virginia
İraq
Camp Baharia
Camp Banzai
Camp Bucca
Camp Fallujah
Camp Taji
Camp Victory
COP Shocker
FOB Abu Ghraib
FOB Grizzly
FOB Sykes
Joint Base Balad
Victory Base Complex
Bəhreyn
NRCC Bahrain
NSA Bahrain
Türkiyə
İncirlik hava bazası,
İzmir hava bazası,
Şile hərbi bazası və s. Ümumilikdə, ABŞ-ın ən çox bazasına malik ölkələr arasında Türkiyə 9 hərbi struktur ilə 9-cu yeri tutur.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.