Ukrayna kəşfiyyatı: Rusiya Qara Dəniz Donanmasını Abxaziyaya köçürməyə hazırlaşır

24-10-2023, 06:55           
Ukrayna kəşfiyyatı: Rusiya Qara Dəniz Donanmasını Abxaziyaya köçürməyə hazırlaşır
Rusiya döyüş gəmilərini Krımdan Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə köçürməyə hazırlaşır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmisi Vadim Skibitski Ukrayna telekanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Rusiya döyüş gəmilərindən bəzilərini Krımdan Novorossiyskə çəkib, lakin buradakı liman Rusiyanın Qara Dəniz Donanmasının bütün gəmilərinin yan alması üçün lazım olan imkana malik deyil, ona görə də Kreml bu məqsədlə Gürcüstan ərazisindən istifadə etmək qərarına gəlib.

Skibitski qeyd edib ki, Rusiya döyüş gəmiləri üçün baza kimi istifadə etmək məqsədilə Gürcüstanın işğal altındakı Abxaziya regionunun Qara dəniz sahilindəki Oçamçir şəhərində dibdərinləşdirmə, liman infrastrukturunun yenidənqurması işlərini davam etdirir.

Ukrayna rəsmisi qeyd edib ki, Rusiya artıq müharibənin Krım ərazisinə çatdığını başa düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru