“Reket” jurnalistə “Zərdabi” mükafatı necə verildi?

29-07-2016, 13:52           
“Reket” jurnalistə “Zərdabi” mükafatı necə verildi?
Bir müddət öncə Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan Jurnalistlər Birliyi jurnalistləri “Həsən Bəy Zərdabi” mükafatı ilə təltif etdi.

Həmkarlarımızı bir daha bu münasibətlə təbrik edirik. Ancaq mükafat alan jurnalistlər arasında vaxtilə parlamentdə “reket”çiliklə məşğul olduğuna görə, akkreditasiyası ləğv edilən jurnalist də olub.

Məsələ ilə bağlı Modern.az Azərbaycan Jurnalistlər Birliyinin sədri, Zərdabi mükafatını jurnalistlərə şəxsən təqdim edən Elçin Şıxlının fikirlərini öyrənib.

O bildirib ki, “Zərdabi” mükafatı təqdim etdiyi jurnalistlərin çoxunu belə tanımır:

““Zərdabi” mükafatı alan jurnalistlərin çoxunu mən ilk dəfə idi görürdüm və heç onları tanımıram.

Mən adamın gördüyü işə, yazdığı kitaba görə ona qiymət vermişəm. Bu gün Azərbaycanda 125 jurnalist təşkilatı var.

Kiminsə hansısa jurnalist təşkilatından “reket”çilik üstündə görə uzaqlaşdırılmasını mən bilməliyəm ki?”

Hər halda kiməsə Zərdabi mükafatı təqdim vermişəmsə o adam bu mükafata layiq olub. Hansı jurnalistin harada, necə, reketçilik etməsi haqqında məlumatım yoxdur.

Hansısa jurnalistin haradan və nəyin üstündə uzaqlaşdırıldığını da bilmirəm”-deyə Elçin Şıxlı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru