Zaqatala Mərkəzi xəstəxanasının baş həkiminə qarşı kimlər "qara piar" təşkil edir

29-07-2016, 23:37           

Zaqatala Mərkəzi Xəstəxanası ilə bağlı mediada qara piar davam edir.Əslində yazılan tənqidi materialları oxusanız göprərsinbiz ki, bu bir birini təkrarlayan eyni materiallardır. Bunu yazmaqda məqsədim nədir? sadəcə həqiqətin nə olduğunu bildiyim üçün bu haqsız yazılara cavab vermıəkdir.
Nə olur? ZMX-nın bir neçə il əvvəl əski baş həkimi dəyişdirildi.Zatən yaşı həddən artıq çox olan bu adını çəkmədiyimiz zat çoxdan pensiyaya getməli idi. Onun yerinə əslən Zaqataladan olan cavan və enerjili yeniliyə həmişə hazır olan bir xanım baş həkim təyin edildi və bütün həngamə bundan sonra başladı. İllərdir mediada gedən şər və böhtan kompaniyası ancaq və ancaq əski baş həkimin yenidən yerinə qayıdacağı ümidlərinə bağlıdır. Və bu gün Zaqatala Mərkəzi Xəstəxanası haqqında yazılan bütün böhtan kompaniyasının arxasında əski baş həkim və onun toruna düşən 1- 2 adam dayanıb. Bəli biz demirik ki, xəstəxanada hər şey idealdır.Yox, iş gedən yerdə səhvlərdə olur. Əsas isə odur ki, bu xəstəxanada pul əsas faktor rolundan çıxıb və yerini insanpərvəırliyə verib. Bu da təzə baş həkimi pöopulyarlaşdırır, lakin elə bu da onun düşmınlərini qəzəbləndirir. Əslinbdə xəstəxanada baş verən hadisələrin qeydiyyatına nəzər salsaq Azərbaycanın ixtiyarı bir xəstəxanasında baş verən hadisələrlə müqayisədə çox az ÇP qeydə alınır.
Zatən bu da xəstəxananın yeni baş həkimi Leyla Seyidəliyevanın zəhmətinin bəhrəsidir. Ən azından bunu görməmık və buna qiyməıt verməmək insafsızlıq olar.
Bu gün Zaqatala Mərkəzi Xəstəxanasında yenilik ilə köhnəlik savaşır.Yenilik təzə baş həkim Leyla Seyidəliyevanın xəstəxanada apardığı işlərdə, camaata göstərdiyi xidmətdə özünü göstərir. Ən azından hu gün Zaqatala Mərkəzi Xəstəxanasına girəndə bir xəstəxanaya girdiyini hiss edirsən. Bu özünü xəstələrə göstərilən qayğıdada göstərir. Hər halda Zaqatala sakinləri yeni baş həkimdən rtazılıq edirlər. Əsasda xalqın sözüdür.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.