Ekspertlərdən iddia: “Şimali Koreya hakerlərin oğurladıqları pullarla nüvə silahı yaradır”

11-01-2024, 16:44           
Ekspertlərdən iddia:
2023-cü ildə Şimali Koreya ilə əlaqəli hakerlər dünya üzrə ən azı 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Bu barədə “TRM Labs” şirkətinin informasiya təhlükəsizliyi üzrə ekspertlərinin yeni hesabatında bildirilib.

Ekspertlər hesab edirlər ki, ötən ilin son günlərində baş verən hadisələrin araşdırılmasından sonra dəymiş ziyanın məbləği 700 milyon dollara qədər arta bilər.

Məlumata görə, Şimali Koreya Xalq kriptovalyutanın oğurlandığı kiber insidentlərin təxminən üçdə birinə cavabdehlik daşıyır.
“TRM Labs” həmçinin qeyd edib ki, 2017-ci ildən bəri Pxenyanla əlaqəsi olan kibercinayətkarlar təxminən 3 milyard dollar dəyərində kriptovalyuta əldə ediblər.

Şirkət hesab edir ki, haker hücumları sanksiyalardan əziyyət çəkən Şimali Koreya üçün gəlir əldə edilməsinin ən vacib mexanizmlərindədir. Oğurlanan pullar kütləvi qırğın silahlarının və ballistik raketlərin yaradılması proqramının maliyyələşdirilməsinə sərf olunur.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru