Alimlər kosmosda “yaşıl canavar”ın necə əmələ gəldiyini öyrəniblər
11-01-2024, 16:17
"James Webb” Kosmik Teleskopunun Cas A haqqında məlumatlarını araşdıran elm adamları 2023-cü ilin aprelində kəşf edilən "yaşıl canavar" adlı quruluşu araşdırıblar.
Xarici mediaya istinadən xəbər verilir ki, yaşıl canavarla tanış olmaq istəyən elm adamları müxtəlif teleskoplardan istifadə edərək Cas A-nı yaxından araşdırıblar.
Tədqiqatçılar yaşıl canavarın ətrafdakı materiallara dəyən fövqəlnovanın partlayış dalğası nəticəsində əmələ gəldiyi qənaətinə gəlib və fövqəlnova qalığının tərkibində yüksək temperaturda silikon və dəmir qazı olduğunu müəyyən ediblər.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, fövqəlnovanın nüvəsinin çökməsi zamanı buraxılan radioaktiv materiallar ulduzun daxili təbəqələri ilə qarışaraq, "təmiz" dağıntılarda incə strukturlar əmələ gətirir və dağıntıları formalaşdırır.