Blogerləri tənqidə görə təqib etdilər: İndi 3 milyon dollar ödəyəcəklər

12-01-2024, 19:28           
Blogerləri tənqidə görə təqib etdilər:
E-ticarət saytı "eBay" şirkəti tənqid etdikləri üçün təqiblərə məruz qalan bloqqerlərə 3 milyon dollar ödəməyə razılaşıb.

eBay-ın Təhlükəsizlik üzrə keçmiş direktoru Jim Baugh bloqqer cütlük İna və David Steineri hədəf alıb. Səbəb isə cütlüyün şirkət rəhbərlərinin razı qalmadığı "EcommerceBytes" xəbər bülleteni dərc etmələridir.

Məhkəmə sənədlərində "eBay" rəhbərlərinin bülletendə şirkəti tənqid edən cütlüyə canlı hörümçəklər və tarakanlar göndərildiyi göstərilir.

Cütlüyün avtomobilinə GPS izləmə cihazı yerləşdirmək kimi başqa təcavüzlər də edən Baugh və digər işçilər hadisə baş verdikdən qısa müddət sonra "eBay" tərəfindən işdən çıxarılıb.

Hadisədə əli olan Philip Cooke 2021-ci ildə 18 ay, Baugh isə ​​təxminən 5 il həbs cəzasına məhkum edilib.

Roza Şəfiyeva













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru