"Steroid kişilərdə cinsi problemlərə də gətirib çıxarır" - EKSPERT XƏBƏRDARLIQ ETDİ

6-02-2024, 17:17           
"Steroid kişilərdə cinsi problemlərə də gətirib çıxarır" - EKSPERT XƏBƏRDARLIQ ETDİ
“Steroidlər birbaşa olaraq süni testesteron yaranmasına xidmət göstərir. Yəni bədəndə hər şeyin vaxtında əvvəl, daha tez inkişaf etdirir”. Bu barədə SİA-ya açıqlamasında Kunq-fu üzrə dünya və Avropa çempionu, idman eksperti Anar Süleymanlı deyib.

Onun sözlərinə görə, burada pozitiv, neqativ məqamlar da var: “Pozitiv məqamlar ondan ibarətdir ki, çox sürətli şəkildə böyüməyə başlayır. Əzələlərdə bərkimə yaranır, quru əzələ kütləsi yığılır. Neqativ tərəfləri isə odur ki, steroidlərdən istifadə etdiyiniz müddətdə və sonrasında saç tökülmələri başlayır, sinədə bərk kristal yağlanma əmələ gəlir. Bəzən burun və qulaqlarda böyümə müşahidə edilir, böyrəklərin də ifrazına mane törədir”.

A.Süleymanlı bildirib ki, steroidlər ümumiyyətlə kişi hormonlarını süni şəkildə artırır: “Bu məqamda insanın bədənindəki təbii hormonlar gözləmə rejiminə düşür. Həmin steroidin müddəti bitəndən sonra, gözləmə rejimində qalan bədən hormonları aktivləşə bilmir. Bu da kişilərdə cinsi problemlərə də gətirib çıxarır. Ona görə də steroidlərdən istifadə o qədər də məsləhətli deyil. Amma istifadə edən insanlar da sonrasında ən azından təmizlənmə dönəmi keçməlidirlər”.

Müəllif: Rəşid Qarayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru