Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?

7-02-2024, 11:04           
Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.Foodinfo.az xəbər verir ki, kampaniya ilə əlaqədar aparılan təbliğat-təşviqat işləri çərçivəsində Agentlik tərəfindən növbəti, “Şəkərin azaldılması orqanizmimizə necə təsir edəcək?” mövzusunda videoçarx hazırlanıb. Videoçarxda şəkər qəbulunu azaltmağın 7 əsas faydasından bəhs olunub. Şəkərin normaya uyğun qəbul edilməsinin II tip şəkərli diabet, ürək-damar, altsheymer və xərçəng xəstəliklərinin yaranma riskini azaltması ilə nəticələnəcəyi bildirilib. Eyni zamanda şəkər qəbulunun azaldılması ilə beynin daha yaxşı fəaliyyət göstərəcəyi, immunitetin möhkəmlənəcəyi, dişlərin daha sağlam, nəfəsin isə daha təravətli olacağı vurğulanıb. Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.AQTA tərəfindən “Şəkərin azaldılması orqanizmimizə necə təsir edəcək?” mövzusunda hazırlanan videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru