İlon Maskın keçmiş işçiləri “SpaceX”i gender ayrı-seçkiliyində ittiham ediblər

7-02-2024, 15:58           
İlon Maskın keçmiş işçiləri “SpaceX”i gender ayrı-seçkiliyində ittiham ediblər
ABŞ-nin “SpaceX” şirkətinin keçmiş işçiləri onun rəhbərliyini gender ayrı-seçkiliyində və işçilərin qanunsuz olaraq işdən çıxarılmasında ittiham ediblər.

Bu barədə Kaliforniya Mülki Hüquqlar Departamentinə göndərilmiş keçmiş işçilərin rəsmi şikayətlərinə istinadən məlumat yayılıb.

Şirkətin yeddi keçmiş işçisinin iddialarına görə, rəhbərliyin hərəkətləri Kaliforniyanın Ədalətli Məşğulluq və Yaşayış Qanununu pozur, hansı ki, gender ayrı-seçkiliyi və ictimai yerlərdə korporativ problemləri qaldıran şəxslərə qarşı diskriminasiyanı qadağan edir.
Departament iddiaçıları mövqeyi dəstəkləsə, “SpaceX” cərimələrlə üzləşə bilər və həmçinin keçmiş işçilərə təzminat ödəməli olacaq. Korporasiya yeni ittihamlarla bağlı şərh verməkdən imtina edib.

Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru