“80 manat və 3 bal” – Sürücülərin çoxu bu qadağadan xəbərsizdir

9-02-2024, 13:06           
“80 manat və 3 bal” – Sürücülərin çoxu bu qadağadan xəbərsizdir
Avtomobil sahiblərinin böyük əksəriyyəti uşaqların hansı yaşdan sonra ön oturacaqda əyləşməsinə icazə verildiyindən xəbərsizdir.

Maraqlıdır, mövcud qaydaya əsasən bu necə tənzimlənir?

KONKRET.az-ın məlumatına görə, nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, xüsusi oturacaqlar yerləşdirilibsə, yaşından asılı olmayaraq uşaqlar ön oturacaqda əyləşə bilər:

“Avtomobilin ön oturacağı xüsusi avadanlıqla təchiz olunmayıbsa, bu halda yalnız 12 yaşından böyük uşaqlar qabaqda əyləşmək hüququna malikdir. Əgər bu qaydalar pozularsa, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən avtomobil sahibləri 80 manat və 3 bal həddində cərimə oluna bilərlər.

Rəsmiyyə Şərifova,












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru