Sürücülər sükan arxasında niyə yuxulayır? - VİDEO

12-02-2024, 11:38           
Sürücülər sükan arxasında niyə yuxulayır? - VİDEO
Bəzi hallarda ağır qəzalara səbəb olan sürücülər sükan arxasında yuxuladıqlarını deyirlər. Hər gün minlərlə sərnişin aparan ictimai nəqliyyat yaxud fərdi avtomobil sahibləri üzərlərində bu qədər məsuliyyət olduğu halda sükan arxasında niyə yatırlar?

Sonxeber.az xəbər verir ki, dietoloq Tutu Zeynalova "Xəzər Xəbər"ə sükan arxasında yatmağa meyilliyi olan şəxslərin daha çox artıq çəkili insanlar olduğunu deyib. Hətt aartıq çəkili insanların olduğu yol qəzalarında dünyasını dəyişmək ehtimalı daha çoxdur:

"Yeməkdən sonra dalğalanan qan şəkəri sürücülərin sükan arxasında yuxulamasına və nəticədə qəza törətməsinə səbəb olur. Xüsusuilə yolda olan sürücülər bir az oyaq qalmaq üçün guya enerji və qazlı içkilərdən, meyvə şirələrdən istifadə edirlər. Yolda onsuz onların fikirləri dağılır. Düşən qan şəkəri onların qəza törətmələrinə səbəb olur".

Dietoloq bildirib ki, artıq çəki faktorlarından biri də məhz sürücü olmaqdır.Yeni avtomobilə sahiblənən şəxslərin fiziki aktivliyi azalır. bu da sürücülərin sürətlə piylənməsinə səbəb olur.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.