Günəşdə təhlükəli ləkələr aşkarlandı

13-02-2024, 08:52           
Günəşdə təhlükəli ləkələr aşkarlandı
Astrofiziklər tərəfindən Günəşdə nəhəng ləkələr yığıntısı aşkar edilib. Bu ləkələr güclü Günəş partlayışı təhlükəsi yarada bilər.

NASA-nın Marsda gəzən “Perseverance” aparatı AR3576 geniş gün ləkələri qrupunu ilk dəfə olaraq ötən həftə aşkarlayıb, “MASTCAM” kamerasının köməyi ilə onun şəklini çəkib. Bu ləkələr azı 150 min kilometr uzanır və dörd tünd nüvəyə malikdir, onların hər biri Yer kürəsindən böyükdür. Onları Günəş tutulmasını müşahidə etmək üçün istifadə olunan adi eynəklə görmək mümkündür.

Müşahidələr göstərir ki, AR3576 mürəkkəb maqnit strukturuna sahibdir. Qrupun mərkəzi hissəsində müsbət və mənfi qütblər o dərəcədə sıx yerləşib ki, güclü Günəş partlayışlarını törədə biləcək maqnitli güc xətlərinin qapanma təhlükəsi var.
axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.