Ən etibarsız krossoverlərin SİYAHISI

20-02-2024, 18:14           
Ən etibarsız krossoverlərin SİYAHISI
İngilis “What Car?” avtomobil jurnalı ən pis elektrik krossoverlərinin reytinqini tərtib edib.

Qeyd olunur ki, ən problemlilər siyahısına “Audi Q8 e-tron”, “Jaguar I-Pace” və “Opel Mokka” daxildir.

İllik etibarlılıq araşdırması çərçivəsində 21 min sürücü arasında son iki ildə avtomobillərində qeydə alınan nasazlıqlar və problemlər, eləcə də təmirin dəyəri və vaxtı ilə bağlı sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən 32 brenddən 178 model haqqında məlumat toplamaq mümkün olub.

Tədqiqatın nəticələrinə görə ən az etibarlı krossover “Opel Mokka Electric” olub. Onun işində sürücülərin 40%-i akkumulyatorda, 27%-i media sistemində, 13%-i mühərrik, elektrik və sükan idarəetməsində problemlərdən şikayətləniblər. “Jaguar I-Pace” də aşağı etibarlılıq nümayiş etdirib, avtomobil sahiblərinin 42%-i onunla bağlı problemlərdən şikayətləniblər. Eyni zamanda, nasazlıqların 58%-nin aradan qaldırılması bir həftədən çox vaxt aparıb ki, onlardan 35%-i evakuator olmadan servis mərkəzinə çatdırıla bilməyiblər.
Antireytinqə daxil edilən üçüncü model “Audi Q8” krossoverinin elektrikli versiyası olub. Sorğuda iştirak edən sahiblərin 40%-i onun nasazlıqlarından şikayətləniblər. Qeyd olunub ki, onun əsas problemi elektrik avadanlıqları və media sistemindədir.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.