Binanın damında heyvanlara işgəncə verəni hansı cəza gözləyir? - VİDEO

27-02-2024, 15:13           
Binanın damında heyvanlara işgəncə verəni hansı cəza gözləyir? - VİDEO
İti təpikləyir, ona yemək, su vermir, bu azmış kimi yağışda, qarda saxladığı bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər yaxınlıqda yerləşən binanın sakinləri tərəfindən çəkilib. Onlar iddia edirlər ki, videodakı şəxs itləri binanın damına çıxarır və orada heyvanlara işgəncə verir.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, həmin şəxs hər dəfə binanın damına müxtəlif cins itlər çıxarır. Birinə işgəncə verib öldürdükdən sonra, başqa bir it gətirib eyni əməlləri ona qarşı tətbiq etdiyi iddia edilir.

Hüquqşünas Emil Aslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən məsuliyyət nəzərdə tutulub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra məsələ dərhal polis tərəfindən nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru