Əsl şokoladı saxtasından necə ayırd edək?

4-03-2024, 15:07           
Əsl şokoladı saxtasından necə ayırd edək?
"Təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır".TEREF bildirir ki, bunu Sfera.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. O, şokoladın əsl aromasını hiss etmək üçün bir sıra üsullar da sadalayıb."Şokoladın dadını hiss etmək istəyənlər burnunu əli ilə sıxmalı, ağıza bir şokolad parçası atmalı və ardınca dildə buraxdığı ləzzətləri ayırmağa çalışmalıdır. Şokolad ağızda əriyəndən sonra isə əlinizi burnunuzdan götürün, ağzınızdan dərin bir nəfəs alın və burnunuzdan buraxın. Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz. Bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız".Ekspert bildirib ki, yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır:"Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı, palma yağı da istifadə olunub. Keyfiyyətli bir şokolad kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru