Pediatrdan SOS: Bakıda göydələnlər uşaqların düşmənidir…

2-04-2024, 15:44           
Pediatrdan SOS: Bakıda göydələnlər uşaqların düşmənidir…
“Uşaqların sağlam böyüməsi üçün təmiz hava çox vacibdir. Balkonda olmaq təmiz hava deyil”. Tribunainfo.az bildirir ki, pediatr Vaqif Qarayev belə hesab edir. Onun fikrincə, valideynləri də qınamaq olmur: “Əvvəllər binanın həyəti anlayışı var idi.
Həyətdəki oyunlar, uşaqların ünsiyyəti sosiallaşmaq baxımından çox əhəmiyyətli idi. İndi bütün bunlar yoxdur. Yeni tikilən hündürmərtəbəlilər havasızlıq yaradır həyətlərdə. Əksər məhəllələr kvadrat şəklində tikilir. Ona görə həyətdə təmiz hava olmayacaq. Maşınların çoxluğu da həyətdə oynamağa yer qoymur. Uşaqlar neyləsin?
Sonra da gileylənirik ki, uşaqlar telefondan qopmur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru