Silsilə mal-qara oğurluğu: Cinayəti törədənlər 5 ildir ki, tapılmır - VİDEO

12-04-2024, 09:04           
Silsilə mal-qara oğurluğu: Cinayəti törədənlər 5 ildir ki, tapılmır - VİDEO
Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan oğurlanıb. Bu problemin 5 ildir ki, davam etdiyi bildirilir. Hadisəni törədən şəxs və ya şəxslər isə 5 ildir ki, tapılmır.

TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.

Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan apardıqları mal-qara oğurlanıb.

Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. 5 ildir ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarlar tapılmır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.