Qubadan olan təsərrüfat sahiblərinin mal-qarası Abşerondakı qışlaqdan oğurlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bu problemin beş ildir ki, davam etdiyi bildirilir. Hadisəni törədən şəxs və ya şəxsləri isə beş ildir ki, tapmaq mümkün olmayıb.
Hər il bu çobanların həm atları, həm də iribuynuzlu heyvanları yoxa çıxır. Bu il də mal-qaranı qışlaqda saxlayan qubalı çobanların başına iş gəlib.
Piriyevlər ailəsi bu il qışlaqdan əliboş qayıdacaqlar. Çünki onların yaylaqdan apardıqları mal-qara oğurlanıb. Heyvan sahiblərinin sözlərinə görə, onlara ümumilikdə 65 min manata yaxın ziyan dəyib. Oğurluqlara görə aidiyyəti qurumlara da müraciət edilib. Beş ildir ki, silsilə oğurluqlar olmasına baxmayaraq, cinayətkarları tapmaq mümkün olmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, sözügedən oğurluqlarla bağlı müvafiq polis orqanında araşdırma aparılır. Əməlləri törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.