Ağız xərçənginin bilmədiyiniz yeni əlamətləri

13-04-2024, 00:06           
Ağız xərçənginin bilmədiyiniz yeni əlamətləri
Sürətlə yayılan ağız xərçənginin yeni əlamətləri ortaya çıxıb.

"Cebhe.info" xəbər verir ki, ağız xərçəngi gənclərdə sürətlə yayılan xərçəng növüdür və bəzi əlamətlər insanların fərqinə varmadığı, lakin ağız xərçənginin əlamətləri ola biləcək şərtləri əhatə edə bilər.

Ağız xərçənginin mühüm əlamətləri aşağıdakılardır:

1. Boğazda yemək qalması hissi:

Əgər daim boğazınızda yemək qaldığını hiss edirsinizsə, bu ağız xərçənginin erkən xəbərdaredici əlaməti ola bilər. Əgər udma hissi normaldan fərqlidirsə və ya boğazınızda davamlı narahatlıq hiss edirsinizsə, bu, ağız xərçəngi əlamətləri içində ola bilər.

2. Səs dəyişiklikləri və ya boğulma:

Səsinizdəki boğulma və ya dəyişikliklər yalnız soyuqdəymə əlaməti ola bilməz. Xüsusilə davamlı olaraq yüksək və ya aydın şəkildə danışmaqda çətinlik çəkirsinizsə, bu, daha ciddi bir vəziyyətin əlaməti ola bilər. Bu simptomları laqeyd yanaşmayın və peşəkar qiymətləndirmə üçün bir mütəxəssislə əlaqə saxlayın.

3. Çeynəmək, udmaq və danışmaqda çətinlik:

Bu əlamətlər təkcə gündəlik həyata təsir etmir, həm də ağız xərçənginin göstəricisi ola bilər.

4. Ağızda uyuşma:

Dodaqlarınızda, dilinizdə və ya ağzınızda uyuşma hissləri varsa və rəng dəyişikliyi ilə müşayiət olunursa, bunlar ağız xərçənginin xəbərdaredici əlamətləri ola bilər.

5. Diş problemi olmadan diş itkisi:

Heç bir xüsusi səbəb olmadan dişləriniz düşürsə, bu da ağız xərçənginin narahatedici əlaməti sayıla bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.