Ekspert İranın hücumunun əsl səbəbini açıqladı

14-04-2024, 12:56           
Ekspert İranın hücumunun əsl səbəbini açıqladı
“Gələcəkdə Yaxın Şərqdə gərginliyin artacağını gözləməməliyik”.

Publika.az xəbər verir ki, bunu “TASS”a açıqlamasında Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın və Orta Şərq Mərkəzinin rəhbəri Vladimir Fitin deyib.

O bildirib ki, münaqişənin iştirakçılarından heç biri regionda gözlənilməz nəticələrə səbəb olacaq böyük müharibədə maraqlı deyil.

“İran Suriyadakı konsulluğuna hücumu cavabsız qoya bilməzdi, nə isə etməli idi. Əks halda həm əhalisinin, həm də bütün müsəlman ümmətinin qarşısında tamamilə iradəsiz görünərdi. Yəni İran simasını xilas etmək üçün İsrailə hücum etdi”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, həyata keçirilən hücum İranın hazırkı vəziyyətdə edə biləcəyi maksimum addımdır və bununla da kifayətlənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru