Bu xəstəlik də öldürür: "İnqilabi peyvənd” tapıldı
15-04-2024, 00:12
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirib ki, Afrikanın ən sıx məskunlaşma olan ölkəsi Nigeriya menenqitə qarşı "inqilabi" peyvəndi tətbiq edən dünyada ilk ölkə olub.
“Cebhe.info” xəbər verir ki, açıqlamada "Menenqit köhnə və ölümcül düşməndir, lakin bu yeni peyvənd xəstəliyin gedişatını dəyişdirmək, gələcək epidemiyaların qarşısını almaq və bir çox insanın həyatını xilas etmək potensialına malikdir",- deyilir.
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə danışıb.
"Nigeriyada peyvəndin tətbiqi bizi 2030-cu ilə qədər meninqiti aradan qaldırmaq məqsədimizə bir addım daha yaxınlaşdırır",-deyə o bildirib.
Men5CV peyvəndi bir dozada meningokok bakteriyalarının beş əsas ştamından (A, C, W, Y və X) qoruyur.
ÜST bildirib ki, peyvənd Afrikanın əksər hissəsində istifadə edilən hazırkı peyvənddən daha geniş qorunma təmin edir və həmin peyvənd yalnız A ştamına qarşı effektiv idi.
Keçən il Afrikada menenqit hallarının sayı 50% artıb.
220 milyon əhalisi olan Nigeriya qitədə Afrika menenqit qurşağı kimi tanınan meninqit endemikliyinin yüksək olduğu 26 ölkədən biridir.
ÜST qeyd edib ki, oktyabrın 1-dən martın 11-dək Nigeriyada meninqit epidemiyası zamanı 153 nəfər ölüb.