Evində işləyən fəhləni saxta nikahla müharibəyə göndərdi – 8 milyon ölüm pulu aldı/VİDEO

16-04-2024, 10:24           
Evində işləyən fəhləni saxta nikahla müharibəyə göndərdi –
Rusiyada bir cütlük Ukraynada müharibədə həlak olanın adı ilə ağlagəlməz fırıldaq işlədib.

Azpost.info bildirir ki, bu barədə rus teleqram kanalı məlumat yayıb.

Primoryedə bir cütlük bağlarında işləyən, qohumları olmayan bir fəhləni müharibəyə könüllü getməyə inandırıblar.

2023-cü ilin yayında onlar öz bağçalarında yaşayan və işləyən 46 yaşlı ustanı müharibəyə könüllü getməyə razı saldılar. Ər və arvad kişinin heç bir qohumunun olmadığını əvvəlcədən biliblər. Odur ki, həmin şəxs həlak olacağı təqdirdə ödənişi almaq üçün onu saxta nikahla 63 yaşlı qadınla evləndiriblər.

Üç ay sonra “arzuları çin olub”. Həmin fəhlə oktyabrda Ukraynada hərbi əməliiyatda həlak olub.

Bundan sonra həmin cütlük guya dul qalmış qadının ərinin ölümünə görə 8,3 milyon rubl məbləğində ödənişi almaq üçün sənədlər tərtib edib. Cütlük qadını banka aparıb, qadın pulu bankdan çıxararaq sxemin təşkilatçılarına verib.

Cütlüyə qarşı xüsusilə külli miqdarda dələduzluq işi açılıb. Ər həbs edilib, arvad ev dustaqlığındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru