Görmə üçün faydalı olan qidalar

17-04-2024, 10:08           
Görmə üçün faydalı olan qidalar
Oftalmoloq, mikrocərrah, tibb elmləri namizədi Svetlana Mirqorodskaya görmə üçün faydalı məhsullardan danışıb.Foodinfo.az xəbər verir ki, ekspert Qazeta.ru-ya müsahibəsində deyib ki, A, B1, B2, B6, B12, C, P, D və E vitaminləri, həmçinin lutein, zeaksantin, sink, antosiyaninlər görmə və göz sağlamlığına müsbət təsir göstərir.Mütəxəssisin sözlərinə görə, A vitamini yumurtada, soyuq şimal dənizlərinin balıqlarında, yağda, qaraciyərdə, süddə, kərəvizdə, cəfəridə, yabanı sarımsaqda olur.“B vitaminləri (B1, B2, B6, B12) dənli bitkilər, ət, qaymaq və bananda olur. P (rutin) və C (askorbin turşusu) vitaminləri sitrus meyvələrində, moruqda, gilasda, böyürtkəndə, üzümdə, qara qarağatda, itburnuda, bolqar bibərində, paprikada, kələmdə, pomidorda, kartofda, limonda olur”, - deyə Mirqorodskaya əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru