Xaricdə biznes quran şirkətlərimizi Azərbaycanda alınan vergilər məhv edir – Ekspert

23-05-2024, 15:48           
Xaricdə biznes quran şirkətlərimizi Azərbaycanda alınan vergilər məhv edir – Ekspert
Azərbaycandan olan hansısa bir İT şirkətin xaricdə biznes qurması üçün start vəziyyəti öncədən də digər qonşu ölkələrin start vəziyyətindən aşağıdır. Yəni bizim şirkətlərimiz öncədən uduzmağa, yaxud da daha az gəlirlər qazanmağa məhkum edilib. Çünki Azərbaycan şirkətləri xaricdə görəcəkləri işlə bağlı əldə etdiyi gəlirlərdən bizim ölkəmizdə müxtəlif vergilər verməlidirlər. Hansı ki, bu gün qonşu ölkələrdə xarici fəaliyyətdən əldə edilən bu tip vergilər ya yoxdur, yaxud da çox aşağıdır.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, bizim İT şirkətlərin rəqəmsallaşma və rəqəmsal hökumətlə bağlı əla vəziyyətdə olan, işlək həlləri var və bununla onlar rahatlıqla qonşu ölkələrin elan etdikləri tenderlərə qatılıb uğur qazana bilərdilər. Və ölkəmizə də daha çox valyuta gətirə bilərdilər. Amma müşahidələr göstərir ki, son illərdə bu sektorda rəqabət xeyli kəskinləşib:

“Düşünürəm ki, İqtisadiyyat Nazirliyi və RİNN xarici bazarlara çıxmaq istəyən şirkətlər üçün münbit şərait yaradılmasında ciddi mövqe tutmalıdırlar, hökumətə təkliflər verilməlidr.
Regional bazarların tenderlərində uğur qazanmaq üçün İT şirkətlrimizin ixracyönümlü məhsullarına və xidmətlərinə tətbiq olunan vergi yükü minimuma endirilməlidir. Fikrimcə İRİA və KOBİA bu sahədə daha çevik və effektiv addımlar ata bilərlər. Və bunlar çox tez bir zamanda olmalıdır. Regional bazarlar getdikcə daha çox tutulur. Rəqabət kəskinləşir. Sonra bu bazarlara girmək daha çətin olacaq.
Ümid edirəm yetərincə aşkar görünən və şirkətlərimizin xarici bazarlara çıxışını məhdudlaşdıran bu problemin tez bir zamanda həllinə nail ola biləcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.