Təhlükəli elektron siqaretlər: "Qaçaqmalçılıq yolu ilə gətirilir" - Açıqlama

4-07-2024, 10:54           
Təhlükəli elektron siqaretlər:
Avstraliya apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan edib. Bundan başqa 18 yaşına çatmayanlar elektron siqaretləri yalnız həkim resepti ilə ala biləcəklər.
Bir vaxtlar siqareti tərgitmək üçün alternativ vasitə kimi təqdim olunan elektron siqaretlərin zərərləri barədə tez-tez xəbərlərə rast gəlirik. Bəs, Azərbaycanda elektron siqaretlərlə bağlı vəziyyət nə yerdədir?

Bakupost.az -ın sualını Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb.
O, rəhbəri olduğu qurumun 27 ildir ki, tütün məmulatlarına qarşı mübarizə apardığını və 4 ən təhlükəli siqaret istehsal edən müəssisənin bağlanmasına nail olduğunu deyib:
“Tütünün bütün növləri təhlükəlidir. Həmçinin elektron siqaretlər. İstehlakçı hüquqlarının qorunmasına həsr olunan və hər dörd ildən bir keçirilən beynəlxalq konfransda hər dəfə elektron siqaretlərin təhlükəli olduğunu gündəmə gətirmişik”.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda elektron siqaretlərin qaçaqmal növləri də var:
“Onlar çox təhlükəlidir, çünki mənşəyi məlum deyil. “Glo” adlı zərərli elekton siqaret də var. Azərbaycanda siqaretlərlə bağlı qanunun sərtləşdirilməsinə baxmayaraq, bu sahədə yenə də problemlər var”.
E.Hüseynov deyib ki, bir çox ölkələrdən fərqli olaraq, ölkəmizdə bütün dükan və mağazalarda siqaretlər satılır:
“Bir müddət öncə Filippində səfərdə oldum və gördüm ki, orda siqaretlər kütləvi sürətdə satılmır. Siqareti ancaq balaca dükanlarda tapmaq olar. Azərbaycan isə yeganə ölkədir ki, hər yerdə siqaret satırlar. Ölkəmizdə siqaret istifadəsi artan xətt üzrə gedir”.

Vasif Əlihüseyn












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.