Ukrayna rəsmiləri Rusiyanın hücumları nəticəsində azı 4 nəfərin öldüyünü bildirib

4-07-2024, 12:24           
Ukrayna rəsmiləri Rusiyanın hücumları nəticəsində azı 4 nəfərin öldüyünü bildirib
Ukrayna rəsmiləri çərşənbə günü bildirib ki, Rusiyanın raket və dron hücumları nəticəsində ən azı dörd nəfər ölüb.

Dnipropetrovsk regionunun qubernatoru Serhiy Lısak Telegramda deyib ki, Rusiya qüvvələri üç nəfəri öldürüb, 18 nəfəri yaralayıb. O, həmçinin hücumun ziyana və yanğına səbəb olduğunu bildirib.

Xarkivin şimal-şərq bölgəsində rəsmilər deyib ki, Rusiyanın hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Oradakı hücum nəticəsində həmçinin 10 ev və bəzi iş yerləri dağılıb.

Ukraynanın hava qüvvələri bildirib ki, Rusiyanın hücumunda üç İskəndər-K qanadlı raketi, dörd idarə olunan raket və beş hava dronundan istifadə olunub.

Ordu hava hücumundan müdafiə sistemlərinin raketlərdən beşini, dronların isə hamısını vurduğunu bildirib.

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü Belqorod regionu üzərində Ukraynanın beş hava dronunu, Bryansk üzərində dörd dronu, Moskva üzərində bir dronu məhv etdiyini bildirib.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov Ukraynanın hücumu səbəbilə iki ayrı kənddə ən azı iki nəfərin xəsarət aldığını deyib.

Bryanskda rəsmilər vurulan dronların heç bir xəsarət və ya ziyana səbəb olmadığını bildirib.

Zorakılıqlar Birləşmiş Ştatların Ukraynaya son yardım vədini etməsindən sonraya təsadüf edir.

ABŞ-ın müdafiə naziri Lloyd Austin Vaşinqtonda keçirilən görüş zamanı Ukrayna müdafiə naziri Rustem Umerova deyib ki, Birləşmiş Ştatlar yaxında 2.3 milyard dollarlıq yeni təhlükəsizlik yardımını elan edəcək.

Austin bildirib ki, silah paketinə tank əleyhinə silahlar və hava hücumundan müdafiə vasitələri daxildir və bu, Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemlərinin və Patriot hava hücumundan müdafiə vasitələrinin sürətləndirilmiş tədarükünə imkan verəcək.

Austin və Umerov arasında danışıqlar Birləşmiş Ştatlar Ukraynaya özünü Rusiyanın hərbi müdaxiləsinə qarşı müdafiə etməsinə yardım etmək üçün hərbi dəstəyin əsas müzakirə mövzusu olacağı NATO sammitinə ev sahibliyi etməsindən bir həftə öncəyə təsadüf edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı Moskvaya meyl edən Macarıstan Baş naziri Viktor Orban çərşənbə axşamı Kyivə səfər edib və orada müharibəni “Avropa üçün ən vacib məsələ” adlandırıb.

Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, ancaq aralarında hələ də gərgin olan münasibətin əlaməti olaraq, Kyiv lideri Orban gələndən bir neçə saat sonra onun gəldiyini açıqlayıb. Zelenski X sosial media platformasında deyib ki, onlar ticarəti, sərhədlərarası əməkdaşlığı, infrastrukturu və enerjini müzakirə ediblər.

Ancaq Ukrayna prezidentinin ofisi Zelenskinin Orbana səfəri üçün təşəkkür etdiyini və əl sıxışdığını, daha sonra ilə arxalarında Macarıstan, Ukrayna və Aİ bayraqlarının olduğu dəyirmi masada oturduqlarını göstərən video paylaşıb.

İki ölkə arasında münasibətlər müharibə başlayandan bəri gərgin olub. Belə ki, Orban özünü sülhün müdafiəçisi kimi təqdim edib dərhal atəşkəs və sülh danışıqlarına çağırıb, amma bunun Ukraynanın ərazi bütövlüyü üçün nə demək olduğunu açıqlamayıb. Orban tez-tez digər Aİ ölkələri və onların Ukraynaya davam edən hərbi və maliyyə dəstəyi səbəbilə mübahisə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.