Perunun şimalında 4000 illik məbədin xarabalıqları aşkarlanıb.
Qədim abidə paytaxt Limadan təxminən 780 kilometr şimalda, Zana qumlu səhra rayonunda yerləşir.
Məbədin divarlarından birində insan bədəni və quş başı olan mifoloji fiqurun yüksək relyefli təsviri var.
Alimlərin fikrincə, məbədin dəqiq tarixini təsdiqləmək üçün radio-karbon analizinin nəticələrini gözləmək lazımdır. Lakin onun təxmini tarixi e.ə. II minilliyə gedib çıxır.