Pakistanlı qadın alpinist dünyanın 14 ən yüksək zirvəsindən on ikincisini fəth etdi

24-05-2025, 15:37           
Pakistanlı qadın alpinist dünyanın 14 ən yüksək zirvəsindən on ikincisini fəth etdi
Pakistanlı alpinist Naila Kian Himalay silsiləsində yerləşən Kançencanqa zirvəsinə qalxaraq dünyanın 14 ən yüksək zirvəsindən 12-nə çıxan ilk pakistanlı qadın kimi tarixə düşüb.

Oxu.Az bu barədə DHA agentliyinə istinadən xəbər verib.

Zirvədən enəndən sonra Naila Kian jurnalistlərə açıqlama verib.

"Bu zirvəni fəth etmək təkcə şəxsi bir mərhələ deyil, həm də Pakistanda və dünyada olan bütün qızlara və qadınlara bir mesajdır. Siz düşündüyünüzdən daha güclüsünüz", - deyə alpinist qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru