Pornoqrafiyaya aludə olanlar? Braziliyanın yerli tayfası milyonlarla dollar təzminat tələb etdi

Bu gün, 15:29           
Pornoqrafiyaya aludə olanlar?
Braziliyanın Amazon meşələrinin dərinliklərində yaşayan Marubo adlı yerli tayfa "Starlink" peyk internetinə qoşulduqdan sonra özlərini beynəlxalq qalmaqalın mərkəzində tapıb. Onlar "The New York Times" da daxil olmaqla bir neçə nüfuzlu media qurumunu məhkəməyə veriblər. Tayfa iddia edir ki, KİV onların həyat tərzini təhrif edib və ləkələyib.

"Associated Press" agentliyi xəbər verir ki, qalmaqal 2023-cü ilin sonunda yayımlanan bir reportajdan sonra alovlanıb.

Həmin materialda Marubo tayfası internetə çıxış əldə etdikdən dərhal sonra pornoqrafiyaya aludə olan və texnologiyaya əsir düşən bir icma kimi təsvir olunmuşdu. Tayfanın üzvləri bu təqdimatı alçaldıcı və gerçəkliyə zidd hesab edirlər.

Təxminən 2 000 nəfərdən ibarət Marubo tayfası yüzillərdir davam edən zəngin mədəni irsi ilə tanınır. Onlar bu reportajın nüfuzlarına ciddi zərbə vurduğunu bildirərək yüzmilyonlarla dollar məbləğində mənəvi təzminat tələb edirlər.

"Braziliyanın Amazon meşələrindən olan yerli tayfa "The New York Times"ı məhkəməyə verib. Onlar qəzetin internetə ilk çıxışları ilə bağlı hazırladığı reportajın onları texnologiya manyakı və porno aludəçisi kimi göstərdiyini bildirirlər", - deyə məhkəmə sənədlərində vurğulanıb.

Qeyd edək ki, məhkəmə iddiası təkcə "The New York Times"a qarşı deyil. Mübahisəli məlumatları yayan TMZ və "Yahoo" kimi digər media platformaları da iddiaya daxil edilib. Hətta "The New York Times" artıq açıqlama yayaraq yazılanların yanlış anlaşıldığını etiraf edib. Amma Marubo nümayəndələri hesab edirlər ki, bu cəhd onların nüfuzunu bərpa etmək üçün yetərli deyil.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.