AKİA 4 ayda 32 milyon manat güzəştli kredit verib

Bu gün, 15:44           
AKİA 4 ayda 32 milyon manat güzəştli kredit verib
Bu ilin yanvar-aprel aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1 707 müraciət üzrə 32,3 milyon manat güzəştli kredit verib.

İndex.az xəbər verir ki, bunun 28,9 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 3,4 milyon manatı isə digər təyinatlı kreditlərdir.

Bundan başqa, 4 ay ərzində agentlik 673 baş damazlıq iribuynuzlu heyvanın alışına 2,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 39,4 milyon manat güzəşt vəsaiti ayırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.