Moskvada avtomobili partladılan şəxs kimdir? - VİDEO (Yenilənib)

25-07-2024, 12:08           
Moskvada avtomobili partladılan şəxs kimdir? - VİDEO (Yenilənib)
Moskvanın şimalında avtomobilin partlaması nəticəsində yaralanan şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov olmadığı üzə çıxıb.

“BAZA” teleqram kanalının yaydığı xəbərinə görə, hadisə zamanı yaralanan Andrey Torqaşov sadəcə onunla eyni ad və soyada malikdir. Hadisə zamanı yaralanan Andrey Torqaşovun da hərbçi olduğu əlavə edilib.

Hadisə zamanı avtomobildə onun həyat yoldaşı da olub. A. Torqaşovun vəziyyəti ağır olsa da, qadın üz nahiyəsindən yüngül xəsarət alıb.

Məlumatda o da bildirilib ki, əməliyyat-istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müşahidə kameraları vasitəsilə müəyyən edilib.

***

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb. Belə ki, Andrey Torqaşovun avtomobili partladılıb.

“AzPolitika” teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, partlayış nəticəsində Torqaşovun özü xəsarət alıb - ayağının bir hissəsini itirib.

Həyat yoldaşı isə qəlpə yaraları alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib. Daha sonra teraktla bağlı məlumat dövlət qurumları tərəfindən təsdiqlənib.

Bir neçə saat sonra Torqaşovun arvadı “360.ru” nəşrinə ərinin partlamış avtomobildə olması barədə məlumatı təkzib edib. Onun sözlərinə görə, orada başqa şəxs də olub.

“Kommersant” xəbər verir ki, partlayışla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb, lakin sonradan bu, terror aktı kimi təsnifləşdirilə bilər.

Torqaşov hərbi peyk rabitəsi bölməsinin ötürücü radio mərkəzinin rəis müavinidir. Əvvəllər o, QRU-da xidmət edib və rabitəyə cavabdeh olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.