Ofis masaları tualet oturacaqlarından üç dəfə daha çirklidir

13-08-2024, 17:35           
Ofis masaları tualet oturacaqlarından üç dəfə daha çirklidir
Tədqiqat müəllifləri ofislərdəki müxtəlif obyektlərin səthindən mikroflora nümunələri götürüb və onları ən çirkli məişət əşyaları ilə müqayisə ediblər.
Hər gün işdə istifadə etdiyimiz digər əşyaların da üzərində çoxlu mikrob var. Bu nəticələr Britaniyanın təmizlik agentliklərindən birinin sifarişi ilə aparılan araşdırma nəticəsində ortaya çıxıb.
"Daily Mail" bu barədə xəbər verib.
Belə ki, orta kompüter klaviaturasında mətbəxdəki zibil qabında olduğu qədər bakteriya var. Orta kompüter siçanı qapının qarşısına saldığımız ayaqaltıdan çirklidir. Orta ofis masası isə tualet oturacağından üç dəfə daha çirklidir.
Tədqiqat müəllifləri ofislərdəki müxtəlif obyektlərin səthindən mikroflora nümunələri götürüb və onları ən çirkli məişət əşyaları ilə müqayisə ediblər.
Mütəxəssis izah edib ki, masalar və klaviaturaların çirk olmasının səbəbi ondadır ki, biz onların arxasında gündəlik səkkiz saat vaxt sərf edib işləyirik. Eyni zamanda biz iş yerimizdə həm də yeyib-içirik.
Ofis işçiləri mütəmadi olaraq masalarını, noutbuklarını, planşetlərini, telefonlarını, klaviaturalarını, siçanlarını, printerlərini dezinfeksiya etməlidirlər, çünki bütün bu əşyalar potensial infeksiya daşıyıcılarıdır.
Əvvəllər fin alimləri ofislərdəki bitkilərin işçilərin özlərini daha yaxşı hiss etmələrinə kömək etdiyini və müxtəlif xəstəlik risklərini azaltdığını müəyyən etmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.