İnsanlarda çipslərə güclü həvəsin olmasının səbəbi məlum olub. Lenta.ru xəbər verir ki, tibb elmləri doktoru, dietoloq Mixail Ginzburq deyir ki, nikotinə olduğu kimi qidadan asılılıq yoxdur. Ginzburq vurğulayıb ki, bəzən şokolad həvəsi o qədər güclü ola bilər ki, onsuz insan bədən titrəməsi və diskomfort hiss edir. Bunun niyə baş verdiyi dəqiq məlum deyil, lakin bu mexanizm real narkomaniyaların formalaşması ilə çox oxşardır.Çox sağlam olmayan bir şey yemək istəyini aradan qaldırmaq üçün həkim, istehlakı azaldılmalı olan qida ilə bağlı xüsusi qaydaların işlənib hazırlanmasını tövsiyə edib.