"Səssiz qatil" milyonlarla insanı öldürür - Əgər, sizdə bu simptomlar varsa..

21-09-2024, 09:14           
"Səssiz qatil" milyonlarla insanı öldürür - Əgər, sizdə bu simptomlar varsa..
Xalq arasında "qan zəhərlənməsi" kimi tanınan sepsis, təcili müdaxilə edilmədikdə həyati əhəmiyyət kəsb edir. Virus və bakteriyaların orqanizmdə çoxalması nəticəsində yaranan "səssiz qatil" adlanan sepsis səbəbindən dünyada hər il təxminən 11 milyon insan ölür. Sepsis infeksiyanın ən ağır mərhələsi olaraq təyin olunur. İstənilən mikrob, infeksiya sepsisə gətirib çıxara bilər. Bəzi insanlar daha çox risk altındadır: 65 yaşdan yuxarı şəxslər, immun sistemi zəif olanlar, 1 yaşa qədər körpələr və əvvəllər sepsis keçirmiş insanlar.

Beləliklə, sepsis nədir və onun əlamətləri nələrdir?

Bu, xəstəliklə bağlı News24.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, sepsis və ya septik durum orqanizmə, qana infeksiyanın və ya müxtəlif mikroorqanizmlərin düşməsi ilə müşayiət olunan bir prosesdir:

"Hətta orqanizmə gedən hər hansı bir prosesdə toksinlərin orqanizmə düşməsi, sorulması, qanda yüksək konsentrasiyasının əmələ gəlməsi və intoksikasiya yaradır. Mikrobların özünün qanda tapılması sepsisə gətirib çıxarır ki, bu da çox ciddi problem yarada bilər. Onu da qeyd edim ki, orqanizmin infeksiyanın mübarizəsi üçün kifayət qədər imkanları - leykositlər, onların mühafizə aparatı və makrofaktlar var. Amma bəzən bunlar yetərli olmurlar. Yəni qanda artan infeksiya onların ifraz etdiyi toksinlər bəzən orqanizmdə çox ciddi problemlər yaradır. Böyrəyi sıradan çıxarır, ürəyin daxili qişasını zədələyir, beyində problemlər yaradır və s."

Professor septik durumun konkret əlamətləri, göstəriciləri olduğunu, bəzən sepsisin bütün bədənə səssiz şəkildə yayıla bildiyini vurğulayıb:.

Səssiz simptomlar;

Ürək döyüntüləri sürətlənir.
Qızdırma, titrəmə meydana gəlir.
İnsanın ağlı qarışa, harada olduğunu, yanında kimin olduğunu, hansı gün olduğunu çaşdıra bilər.
Nəfəs darlığı ola bilər.
Həddindən artıq narahatlıq hissi və ya şiddətli ağrı başlaya bilər.
Dəri soyuq və nəmli və ya tərli ola bilər.
"Bildirim ki, bu, laborator olaraq təsdiq olunmalıdır və ona qarşı mübarizə aparılmalıdır. Əlbəttə, daha çox bəzi septik infeksiyalar fataldır və onlara qarşı mübarizədə xeyli çətindir. Ona görə də yaralarla işləyən zaman vacib tədbirlərin aparılması çox mühümdür. İstənilən halda vaxtında diaqnoz qoyulmalı və buna qarşı intensiv palatada müalicə, mübarizə aparılmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.