Sumqayıt-Bakı elektrik qatarında NƏ BAŞ VERİR?

21-09-2024, 10:42           
Sumqayıt-Bakı elektrik qatarında NƏ BAŞ VERİR?
Bu gün səhər saatlarında texniki nasazlıq yaranan Sumqayıt-Bakı elektrik qatarı 1 saat gecikmə ilə son stansiyaya çatıb.

Qatar 08:42-də Bakı Dəmiryol Stansiyasında dayanıb. Saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar saat 07:42-də son ünvana çatmalı idi. Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyaları arasında dayanaraq ləngiyib.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, qatarda texniki problem olmayıb:

"Cərəyanın verilməsində problem yaranıb. Bir qatarda gecikmə baş verəndə onun ardınca gələn qatarlarda da ardıcıl olaraq qismən qrafikdən kənara çıxmalar olur. Qatarlar vasitəsilə minlərlə sərnişin səyahət edir, bu baxımdan mütləq qaydada qatarlar səfərdən öncə texniki baxışdan keçirilir, sonra xəttə buraxılır".

Məhərrəm Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.