Tarixdə ilk dəfə insanın ölüm məqamında son fikirləri yazılıb

23-09-2024, 07:54           
Tarixdə ilk dəfə insanın ölüm məqamında son fikirləri yazılıb
"Bizim yaxınlarımız gözlərini əbədi yumanda onların beyni həyatlarının ən parlaq səhifələrini hələ də yaşamalı olur..."

Tarixdə ilk dəfə olaraq insanın ölüm məqamında qeydə alınan yazı bizim son fikirlərimizin necə olacağınına aydınlıq gətirir.

Moderator.az xəbər verir ki, bu barədə "LADbible" nəşri yazıb. Məlumatı "mosregion.info" nəşri yayıb.

Kanadanın Vankuver şəhərindən olan tədqiqatçılar elə tədqiqat zamanı ürək tutmasından dünyasını dəyişən 87 yaşlı epilepsiyalı pasiyentin vəziyyətini müşahidə edib.

Elektroensefaloqramın (EEQ) köməyilə onlar həyatının son məqamında, ürəyi dayandıqdan 30 saniyə öncə və sonra beynin fəallığını qeydə almağa müvəffəq olub.

Maraqlı müşahidələrdən biri ondan ibarət olub ki, bu dövrdə "qamma-ossillyasiyalar"ın aktivliyi xeyli artıb. Beynin belə dəyişmələri yuxu görməyə oxşar xatirələr və proseslərin bərpası ilə bağlıdır.

Bu onu göstərə bilər ki, ölümdən öncə insan öz həyatının xatirələrini yaşayıb və bununla "həyat gözləri önündə canlanır" ideyasını təsdiq etmiş olub.

"Frontiers in Ageing Neuroscience" jurnalında dərc edilən tədqiqat müəllifi, doktor Acmal Zemmar qeyd edib:

"Hafizə ilə bağlı dəyişilklərin meydana çıxması ona dəlalət edə bilər ki, beyin ölümdən öncə ən mühüm həyat hadisələrini əks etdirir, bunları da insanlar ölümöncəki vəziyyətlər zamanı təsəvvür edir. Bu nəticələr bizim həyatın nə zaman bitməsi ilə bağlı təsəvvürümüzü dəyişir və yeni, məsələn, orqan donorluğu üçün optimal zamanla bağlı suallar doğurur.

Beyin dalğalarının belə dəyişiklikləri artıq siçanlarda ölüm zamanı aşkar edilib, lakin belə məlumatlar insanda ilk dəfədir ki, aşkar edilir. Lakin alimlər vurğulayır ki, daha dəqiq nəticələr üçün əlavə tədqiqatlar zəruridir.

Həmçinin nəzərə almaq lazımdır ki, müşahidə yeganə pasiyent üzərində aparılıb, onun beyni epilepsiya səbəbidən artıq zədələnib. Ona görə də belə aktivliyin ölümdən öncə digər insanlarda da müşahidə ediləcəyini əminliklə demək olmaz.

"Bu tədqiqatdan çıxara biləcəyimiz bir nəticə varsa, o da, mümkündür ki, bizim yaxınlarımız gözlərini əbədi yumanda onların beyni həyatlarının ən parlaq səhifələrini hələ də yaşamalı olur", - doktor Zemmar əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.