MARAQLI: EŞŞƏK ARILARINDAN NƏ BİLİRSİNİZ?
3-10-2024, 10:04
Eşşək arısı heç vaxt balasınıı görmür.
Amma onun həyatının məqsədi balasının Yerə gəlişi üçün zəmin hazırlamaqdır ki, Yerə gəldikdən sonra, böyüyüb inkişaf etsin, nəsli yaşatsın.
Arının mayalanmasından sonra, ömrünə çox vaxt qalmır.
Eşşək arısı yumurtalarını qazdığı çuxura, divar çatına və ya ağacın qabığına qoyur. Körpəsini burada sürfənin içinə qoyur, sürfəni də orada qoyub ova çıxır. Amma ovlayacağı şikar artıq onun üçün deyil.
Sürfə halında çıxacaq balaları üçün, tutduğu ovunu içinə soxur və elə bir zəhər ifraz edir ki, ov bu anda ölmür. Amma ölməsə də, hərəkət də edə bilmir.
Bununla belə, ovun bədənində fizioloji hadisələr davam edir, yəni ovladığı heyvanı bir növ bitki həyatına aparır. Bu ovladığı yırtıcının ölməməsi və çürüməməsi üçün lazımdır.
Eşşək arısının həyatı belə başlayır.
O, ovunu sürfənin yanına gətirir, buraxır və üstünü örtür.
Onun öz həyatı balalarının sürfələrdən çıxdığını görməyə kifayət etmir, onlar uçub haradasa ölürlər.
Ovladığı və sürfələrin yanına qoyduğu təzə ov iflic olur və oradan çıxa bilmir.
Körpələr sürfələrin arasından çıxdıqda, ov da ölmək üzrə olur. Lakin bu iki hadisə zaman baxımından bir-birinə o qədər yaxındır ki, onlar eyni zamanda bir-birilərinə lazım olur.
Sürfələrdən balalar çıxdıqda, ovlanan ov sanki yeni ovlanmış kimi təzə qalır. Balalar böyüyür və böyüdükcə də, analarının onlar üçün hazırladığı “balığı” təzə konserv kimi yeyirlər.
Əgər ana arı ovuna bir az daha artıq zəhər versəydi, ov körpələri yumurtadan çıxana qədər, tamamən öləcək və çürüyəcəkdi.
Zəhərindən az versə idi, bu dəfə də ovu iflic olmayıb, yenə hərəkətlilik qazanıb oradan gedəcəkdi.
Hər halda, balalar yemək tapmayacaq və aclıqdan öləcəkdilər.
Eşşək arısı da nəslini davam etdirə bilməyəcək və bir müddət sonra kökü kəsiləcəkdi.
Bununla belə, geoloji qazıntılarda çox vaxt milyonlarla il əvvəl yaşamış arıların qalıqlarına rast gəlinir.
Beləliklə, eşşək arısı milyonlarla ildir ki, bu işi eyni şəkildə davam etdirir.
- Valideynləri və balaları heç vaxt görüşməsələr də, həyatlarının yaşam dövrünü necə eyni saxlayıblar?
- Onlar hardan bilirlər ki, ömürləri övladlarını görməyə bəs etməyəcək?
- Təsadüf ola bilərmi ki, onlar hər dəfə torpağın içinə, ağac qabığına və ya divarın yarığına üstünlük veriblər ki, ovladıqları ov başqa canlılar tərəfindən yeyilməsin və hər dəfə də onu başqa canlılardan qorumaq üçün, yuvanın üst hissəsini bağlayıblar.
- Körpələrinin sürfələrdən nə vaxt çıxacağını necə bilirlər?
Onlar hardan bilirlər ki, tutduqları ovun təravətini qorumaq üçün, dərhal ölməsi lazım deyil?
- Balaların sürfələrdən çıxdığı vaxta və ovun eyni anda öldüyü vaxtı necə təyin edirlər və milyonlarla ildir bu işi sıfır səhvsiz necə yerinə yetirirlər?
- Zəhərin miqdarını tənzimləyərək, yırtıcı orqanizmə nə dərəcədə daxil edilmədini haradan bilirlər?
- Ancaq az olsa belə və ya daha çox miqdarda olsa belə zəhər daxil etmək, ovun qaçmasına və ya bir müddət sonra çürüməsinə səbəb olar və balaları sürfələrdən çıxanda yemək tapa bilməyəcək və öləcəklər.
Buna görə də bu heyvanların nəsli kəsilməyibdi. Eşşək arısı bütün bunları necə düşünə bilər..?! Eşşək arısı da, bütün digər heyvanlar kimi instinktiv şəkildə hərəkət edir.
Есмира Шукурова
TEREF