638 sui-qəsd cəhdindən kim sağ çıxıb? - Ən çox təqib edilən liderlər

7-10-2024, 15:43           
638 sui-qəsd cəhdindən kim sağ çıxıb? -
Həyatına ən çox sui-qəsddən sağ çıxan insanların reytinqində Fidel Kastro böyük fərqlə lider olub - Kuba liderinə qarşı rekord 638 sui-qəsd edilib.

Bu, siyahıdakı bütün digər göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir.

İkinci yerdə 55 dəfə sui-qəsdə məruz qalmış Albaniya kralı I Zoq, üçüncü yerdə isə 42 cəhdlə Adolf Hitler qərarlaşıb.

Çoxsaylı sui-qəsd cəhdlərindən sağ çıxan məşhur simalar arasında Şarl de Qoll (31), Yasir Ərəfat (13) və Kraliça Viktoriya (8) da var.

Rusiya liderləri xüsusi diqqətə layiqdirlər: II Aleksandr 6, İosif Stalin 4, hazırkı prezident Vladimir Putin isə 3 sui-qəsd cəhdindən sağ çıxıb. Digər siyasətçilərlə müqayisədə sui-qəsd cəhdlərinin nisbətən az olmasına baxmayaraq, Putin hələ də dünyada ən çox qorunan şəxslərdən biridir.

Müasir ABŞ liderləri arasında Donald Tramp iki qeydə alınmış sui-qəsdlə siyahıda 12-ci yeri tutur./Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru