Hansı aylarda qadınlar kişilər üçün daha cəlbedici olurlar?

7-10-2024, 15:38           
Hansı aylarda qadınlar kişilər üçün daha cəlbedici olurlar?
Avstraliyanın Cənubi Uels Universitetinin alimləri müəyyən ediblər ki, soyuq mövsümün gəlişi ilə insanlar romantik partnyor axtarışlarını gücləndirirlər. Çox vaxt bunu kişilər edir. Ancaq bu şəkildə qurulan münasibətlər uzun sürməyə bilər.

Oxu.Az xəbər verir ki, araşdırma "The Conversation"da dərc edilib.

Mütəxəssislərin qənaətləri tanışlıq xidmətləri istifadəçilərinin aktivliyi ilə bağlı məlumatlara əsaslanır və bu, hər ilin oktyabr və noyabr aylarında yeni profillərin qeydiyyatının artdığını göstərir.

Bundan əlavə, polşalı tədqiqatçıların əvvəlki araşdırmaları kişilərin qadın cəlbediciliyi ilə bağlı mühakimələrinin mövsümdən asılı olaraq dəyişdiyini göstərib. 114 iştirakçı arasında aparılan sorğuda qadınların qış aylarında kişilər üçün daha çox cəlbedici olduğu müəyyən edilib.

Alimlərin fikrincə, bu davranış qismən kişi orqanizmində testosteron səviyyəsinin dəyişməsi ilə izah olunur. Ümumiyyətlə, bu hormonun səviyyəsi isti, günəşli havalarda azalır və soyuq, qaranlıq aylarda yüksəlir.

Bundan əlavə, payız və qışda romantik tərəfdaş tapmaq istəyi taktil (toxunuş) ehtiyaclar ilə əlaqəli ola bilər. Qucaqlaşmalar və mehriban toxunuşlar stres hormonu olan kortizolun ifrazını azaldır və sevgi hormonu oksitosinin ifrazını stimullaşdırır, insanı daha yaxşı və sakit hiss etməyə kömək edir.

Alimlər qeyd ediblər ki, qışda yaranan münasibətlər qısamüddətli ola və məyusluğa gətirib çıxara bilər, buna görə də, partnyorlar bir-birləri ilə daha dürüst olmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.