Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?

7-10-2024, 15:27           
Hakerdən məsləhət: Hansı şifrələri istifadə etmək olmaz?
Mürəkkəb şifrələri "sındırmaq" üzrə mütəxəssis olan haker Co Kokkroft hansı parollardan istifadə etməmək lazım olduğunu açıqlayıb.

Bu barədə championat.com məlumat yayıb.

Ekspertin fikrincə, identifikasiya edilə bilən məlumatdan istifadə etmək olmaz.

"Sevimli futbol komandanız, ailə üzvlərinizin adları və ya yaşadığınız şəhər kimi identifikasiya məlumatlarından istifadə, şifrəni təxmin etməyi asanlaşdırır. Bu məlumatı yadda saxlamaq asan olsa da, sosial media profillərinizi qısa şəkildə öyrəndikdən sonra hakerlər tərəfindən şifrələr asanlıqla müəyyən edilə bilər. Lakin parolların müntəzəm olaraq dəyişdirilməsi xeyirdən çox zərər verə bilər", - Kokkroft bildirib.

O, həmçinin müxtəlif sistemlərə daxil olmaq üçün eyni parollardan istifadə etməyi tövsiyə etmir: "Hakerlər onlardan birini sındıracaq, sonra isə digərlərinə giriş əldə edəcəklər. Bəzi parollar hakerlər tərəfindən bir neçə saniyə ərzində sındırıla bilər. Üstəlik, onlardan ən təhlükəlisi "123456" paroludur. Mürəkkəb parollar, məlumatlarınızı təhlükəsiz saxlamağın ən asan yoludur. Rəqəmlərin, simvolların və hərflərin birləşməsindən ibarət olmalıdır", - haker əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.