Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb

8-10-2024, 19:04           
Maaşlar 8,3%, maaşlardan tutulan “sosial” isə 10,5% artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb.
Məlumat üçün onu da bildirək ki, açıqlanan sonuncu rəsmi məlumata (yanvar-iyul ayları) görə Azərbaycanda orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1002,4 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru