Bakı ŞİH ictimaiyyəti çaşdırmaq istəyir..?

28-05-2015, 23:13           
Bakı ŞİH ictimaiyyəti çaşdırmaq istəyir..?
22 mayda Nazirlər Kabineti Azadlıq prospektində yanan binanın təmir-bərpa işləri üçün 3 milyon manat ayırıb. (ru.sputnik.az).
27 mayda isə musavat.com saytında yanan binada bərpa işləri aparacaq “Azəraqrartikinti” ASC-nin rəhbəri, Milli Məclisin üzvü Ağalar Vəliyevin müsahibəsi dərc olunub.
Ağalar Vəliyev musavat.com-a bildirib ki, binanın təmiri qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılacaq.
Müxbirin “ Mövcud qanunvericiliyə görə, deputat bizneslə məşğul ola bilməz” fikrinə Ağalar Vəliyev belə münasibət bildirib: “ Mən “Azəraqrartikinti”nin başçısı deyil, təsisçisiyəm. Bu şirkətin icraçı direktoru var”. (musavat.com).2852

27 dekabr 2001-ci il tarixli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması açıq tender, ikipilləli tender, qapalı tender vasitəsi ilə həyata keçirilir”.
Onu da qeyd edək ki, AR Konstitusiyasının 85-ci maddəsinə əsasən deputatların elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olması qadağandır.
Biz yanan binada təmir işləri aparmaq üçün tender keçirilib-keçirilmədiyini öyrənmək qərarına gəldik.
Və bu məqsədlə Bakı ŞİH katibliyinin rəhbəri Zülfəli İsmayılova müraciət etdik. O, bildirdi ki, tenderin keçirilib-keçirilmədiyinin sizə nə dəxli var: “ Siz DİN-də, yoxsa FHN-də işləyirsiniz?”.
Müxbirimizin “Mənim Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) müxbiri olaraq vəzifə borcum dövlət məmurlarının fəaliyyəti ilə bağlı cəmiyyəti məlumatlandırmaqdır” fikrinə Z.Ismayilovun münasibəti belə olub: “ Sizə kim deyib ki, tender olmayıb..? Tender qanunauyğun şəkildə keçirilib”.
Milli Məclisin üzvü Ağalar Vəliyev isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Yanan binada təmir işlərini görmək üçün tender keçirilməyib”.
Vəliyev bildirib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hökumət xüsusi hallarda tender keçirmədən bəzi işləri həyata keçirə bilər.
Vəkil Fuad Ağayev isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “AR Konstitusiyasının 85-ci maddəsinə əsasən deputatların elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olması qadağandır. Qanunda deputatın təsisçi olması məsələsi yoxdur”. mqdefault
Deputatın “Xüsusi hallarda hökumət tender keçirmədən müəyyən işləri görə bilər” fikrinə isə vəkil Fuad Ağayevin münasibəti belə oldu: “ Hansı xüsusi haldan söhbət gedir? Bina yanıb qurtarıb. Orda yaşayan da yoxdur”.
Vəkilin fikrincə, qanunvericiliyə görə, yanan binada təmir işlərini aparmaq üçün tender keçirilməlidir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, Zülfəli İsmayılovun dedikləri bir daha sübut edir ki, Azərbaycan məmurlarında jurnalistlərlə davranmaq mədəniyyəti yoxdur.
Hüquq müdafiəçisi onu da bildirdi ki, Ağalar Vəliyevin “Azəraqrartikinti”yə birbaşa rəhbərlik etməməsi o demək deyil ki, şirkətin əsl sahibi o deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.