Niyə bəzi insanlar kabus görürlər? - Alimlərdən AÇIQLAMA
2-11-2024, 16:17
Alimlər bəzi insanların kabus görmələrinin dörd səbəbini açıqlayıblar.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunan səbəblərdən bəziləri tibbi, bəziləri isə psixoloji xarakter daşıyır.
"Böyük Britaniyada insanların üçdə biri və amerikalıların demək olar ki yarısı kabuslara, ruhlara və digər paranormal fəaliyyət növlərinə inandıqlarını deyirlər. Keçirilən sorğulara əsasən, hər beş nəfərdən biri həqiqətən kabus gördüyünü, hər 10 nəfərdən biri isə ölülərlə birbaşa əlaqə saxladığını deyir", - qəzet yazır.
İnsanların kabusları görməsinin səbəblərindən biri yuxu iflicidir. Bu zaman insan yuxunun REM (rapid eye movement - sürətli göz hərəkəti) fazasında qəflətən oyanır, hərəkət edə və danışa bilmir.
Qeyd olunur ki, bəzi yuxu iflicindən əziyyət çəkənlər döş qəfəsində təzyiq hissi olduğunu bildirirlər və qorxulu fiqurlar də daxil olmaqla, hallüsinasiyalar görə bilərlər. Müasir elm bunun niyə baş verdiyini izah edə bilmir, lakin yuxusuzluqdan, travma sonrası stres pozğunluğundan və həyəcan hissindən əziyyət çəkən insanlarda daha çox rast gəlindiyi bilinir.
Kabus görməyin digər bir səbəbi başağrısı, huşun aydın olmaması, başgicəllənmə və ürəkbulanmasına səbəb olan karbonmonoksit zəhərlənməsi, o cümlədən kabus şəklində hallüsinasiyalar ola bilər.
Alimlər hesab edirlər ki, kabus görməyin digər səbəbi beyində müəyyən anomaliyalardır - epilepsiya, Parkinson xəstəliyi və başqaları.
Bir insanın kabus görməsinin dördüncü səbəbi, yaxın insanın itkisindən sonra yaşanan kədər hissi ola bilər.
İnsanlar bir-birinə o qədər öyrəşirlər ki, ölümdən sonra yaxınının varlığını hiss edir, onun səsini eşidir, bəziləri isə obraz görürlər.
"Digər tərəfdən, ölümdən sonra həyata dair heç bir etibarlı elmi sübut olmaya bilər, lakin bu, onu tamamilə istisna etmir", - deyə "Daily Mail" yekunlaşdırıb.