Proqnozlaşdırılması mümkünsüz Tramp
Bu gün, 08:27
Ənənəvi olaraq, yeni seçilən ABŞ prezidentləri irəli sürdükləri vacib "açar" kadrlar ilə müəyyən edirlər ki, növbəti idarəçilik dövrü onların daxili və xarici siyasətı hansı istiqamətdə yönələ bilər.
Donalt Trampın isə administrasiya və hökumət üzvlüyünə irəli sürdüyü kadrlar öz gözlənilməz və hətta, qəribəliyi ilə, cəmiyyəti və beynəlxalq aləmi təəccübdə qoyub. O dərəcə də ki, Tramp üzv olduğu, onu, prezidentliyə namizəd olaraq irəli sürmüş Respublikaçı senatorları şoka salıb.
Məsələn, jurnalisti Müdafiə (Pentaqon) Naziri, üzərində narkotik istifadəçisi, qadına təcavüz ittihamları olmuş şəxsi ölkənin Baş Prokuroru, və s. gözlənilməz kadr təyinatları irəli sürməsi. Eləcə də, Dövlət Departamenti rəhbəri, yaxud BMT-də təmsilçi, ABŞ Kəşfiyyat rəhbəri və sair.
Ancaq, məhz, bu cür gözlənilməz davranışı ilə və Trampın öz proqnoz edilməz şəxsi təbiəti ilə onun ABŞ-ı hansı daxili və xarici siyasət yönlü mövqeyə gətirəcəyini bilmək olmur. Və ondan maraqlarına uyğun xarici siyasət gözləyənlərin bir çoxu, artıq sual dolu sükutdadırlar. Ukraina məsələsində tutaq ki, Trampdan laqeydlik, boş vermək gözləyənlər, əksinə, bərk narahatdırlar.
P. S.
Putinin Trampı birbaşa telefon danışığı, yaxud məktubla prezident seçilməsini rəsmən təbrik etməməsi, sadəcə, hansısa konfransda dilucu təbriki və ilk Tramp dövrü Kiyevi bombalaması bunu göstərir ki, seçildiyi ilk saatdan Trampın dəyişdiyi sezilib, o, ötən dəfəki prezident deyil. Xüsusilə də, seçildiyi ilkin saatlardaca Zelenski ilə telefon əlaqəsi, özü də İlon Mask iştirakı ilə.
Ilqar Altay
TEREF