Berlinə 8 dəqiqəyə çata bilən "Oreşnik"dən neçə ədəd var?

23-11-2024, 09:34           
Berlinə 8 dəqiqəyə çata bilən "Oreşnik"dən neçə ədəd var?
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və müdafiə sənayesi kompleksi rəhbərləri ilə müşavirə keçirib.
İqtisadiyyat.az xəbər verir ki, Putin müşavirə zamanı orta mənzilli hipersəs ballistik raket sistemi olan "Oreşnik" üçün ehtiyatların olduğunu açıqlayıb.

Onun sözlərinə görə, bu sistemin seriyalı istehsalına dair qərar qəbul edilib və istehsal prosesi artıq praktiki olaraq təşkil olunub.

Sistemlər strateji qoşunlara təhvil veriləcək.

Qeyd edək ki, "Oreşnik" raketi Almaniyanın paytaxtı Berlinə 8 dəqiqəyə, Böyük Britaniyanın paytaxtı Londona isə 13 dəqiqəyə çata bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru