Ətin bahalaşma SƏBƏBLƏRİ

6-12-2024, 10:18           
Ətin bahalaşma SƏBƏBLƏRİ
Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyvanların sayı təxminən 7 milyondan bir az artıq olub. Bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi, damazlıq genofondunun azalmasına səbəb olur.

"İTV Xəbər" məlumat verir ki, alıcılar da daha çox yaşı az olan quzuların ətini almağa üstünlük verdiklərini deyirlər. Onlar seçimlərini aşağı çəkili quzuların ətinin daha dadlı olması və tez bişməsi ilə əlaqələndirirlər.

Fermerlər isə bildirirlər ki, heyvanlar kiçik yaşda kəsildikdə onların maya dəyəri iqtisadi baxımdan çox baha başa gəlir.

Qəssablar isə deyirlər ki, bazarın tələblərinə uyğun davranmağa məcburdurlar:

"Quzularımız Beyləqan, Ağcabədi və Bərdədən gəlir. Balaca quzulara çox tələb var. Onların çəkisinə, dadına, tamına görə balaca quzular üstünlük təşkil edir".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru