"ChatGPT" ilə effektiv ünsiyyətin sirləri: Ekspertdən təlimat

6-12-2024, 18:34           
"ChatGPT" ilə effektiv ünsiyyətin sirləri: Ekspertdən təlimat
"ChatGPT" kimi neyroşəbəkə çat-botları ilə ünsiyyət qurmaq sadə və intuitiv bir proses kimi görünə bilər. Lakin həqiqətən keyfiyyətli və faydalı cavablar əldə etmək üçün müəyyən qaydalara əməl etmək vacibdir".

Gazeta.ru xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Natalya Bruy danışıb.

O bildirib ki, hətta ən təcrübəli prompt mühəndisləri belə ilk cəhddən ideal sorğu yarada bilmirlər.

"Effektiv promptların hazırlanmasında əsas prinsip yoxlama və təkrarlamadır. Bu proses müxtəlif sorğu formullarını sınamaq və alınan cavablara əsasən onları təkmilləşdirməkdən ibarətdir. Məsələn, çat-botdan smartfonun üstünlüklərini vurğulayaraq təsvir hazırlamağı xahiş etsək, neyroşəbəkə çox güman ki, yalnız cihazın bir xüsusiyyətinə diqqət yetirəcək. Belə hallarda, çatışmayan məlumatları əlavə etməyi və ya sorğunu daha dəqiq tərtib etməyi xahiş etmək lazımdır. Məsələn, "Smartfonun əsas funksiyalarını təsvir et, xüsusilə kamera imkanlarına və batareyanın ömrünə diqqət yetir" deyərək sorğunu dəqiqləşdirə bilərsiniz" ,- deyə mütəxəssis qeyd edib.

Natalya Bruy, həmçinin vurğulayıb ki, neyroşəbəkələr bloklara bölünmüş təlimatları daha yaxşı qəbul edir:

Kontekst - sorğunun mövzusu.
Kontekstin işlənməsi üzrə təlimat - cavabın hazırlanmasında nəyə diqqət yetirilməli olduğu.
Cavabın çıxış formatı - press-reliz, xəbər, məhsul kartı və s.
Bu sadə məsləhətlərə əməl etməklə istifadəçilər süni intellekt əsaslı çat-botlardan aldıqları cavabların keyfiyyətini və informativliyini əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.