Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI

19-12-2024, 08:48           
Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
Çin ordusunun Hərbi Dəniz Qüvvələri dünyanın ən böyük donanmasıdır.

TASS xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin illik hesabatında qeyd olunub. Sənəd ABŞ Konqresinə təqdim edilib.

"Kəmiyyət baxımından Çin dünyanın ən böyük hərbi donanmasına malikdir. Onun döyüş arsenalına 370-dən çox gəmi və sualtı qayıq, o cümlədən 140-dan çox iri yerüstü döyüş sistemi daxildir", - hesabat müəllifləri qeyd ediblər.

Hesabatda bildirilir ki, Çin gəmiqayırma sahəsində özünü tam təmin edən ölkə statusuna nail olub.

Eyni zamanda, sənəddə Pekinin hərbi sahəyə rəsmi məlumatlarda etiraf etdiyindən 40-90% daha çox vəsait xərclədiyi iddia edilir. Cari il üçün hərbi büdcə layihəsi 1 665 trilyon yuan (təxminən 230 milyard dollar) təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru